Goranboyda fermerlər şəkər çuğundurunun becərilməsi qaydaları barədə məlumatlandırılıblar

Goranboyda fermerlər şəkər çuğundurunun becərilməsi qaydaları barədə məlumatlandırılıblar

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Goranboy rayon Yeniyol kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisi, təlimçi Əliyev Bayram və baş aqronom Alim Əliyev "Şəkər çuğunduru bitkisinin əkin sahələrində dondurma şumunun aparılması, alaqlara qarşı kimyəvi mübarizə tədbirləri, səpinin təşkili" mövzusunda təsərrüfat sahibləri ilə söhbətlər aparıblar.

Şəkər çuğunduru əkilməsi üçün dondurma şumu aparılmış sahədə keçirilən təlimdə müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.

Mənbə: azertag.az