”Azərbaycan Dəmir Yolları” ilə beynəlxalq sərnişin daşımaları kəskin azalıb

”Azərbaycan Dəmir Yolları” ilə beynəlxalq sərnişin daşımaları kəskin azalıb

2020-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 2,124 milyon sərnişin daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 44,8% azdır.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, daşınmış sərnişinlərin 1 817 533 nəfəri və yaxud 85,6%-i Bakı-Sumqayıt qatarlarının payına düşüb. Bu, illik müqayisədə 31,1% azdır.

Hesabat dövründə beynəlxalq sərnişin daşımaları 7,5 dəfə azalaraq 29 428 nəfərə, Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 72% azalaraq 277 391 nəfərə düşüb.

REAL

 

Mənbə: www.realtv.az