Xiaomi Azərbaycanda satışlarını artırır, Samsung satışları isə azalır

Xiaomi Azərbaycanda satışlarını artırır, Samsung satışları isə azalır

Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı fevral ayında 44.05 % təşkil edib.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, yanvar ayı ilə müqayisədə Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 0.66% azalıb.

Bu dövrdə “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 32.95 % təşkil edib ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu göstərici 1.5% çoxdur.

Üçüncü yerdə isə bazar payı 13.68 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki, bu şirkətin Azərbaycan üzrə bazar payı yanvar ayı ərzində 1.04% azalıb.

 

Mənbə: banker.az