Ötən il 52,3 milyon manatlıq kənd təsərrüfatı texnikası satılıb

Ötən il 52,3 milyon manatlıq kənd təsərrüfatı texnikası satılıb

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci il ərzində “Aqroservis” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 52,3 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dövlət vəsaiti hesabına keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 266 traktor, 134 kotan, 147 səpici aqreqat, 54 taxılyığan kombayn, 54 kultivator, 115 traktor yedəkləri, ümumilikdə isə 612 texnika satılıb.

Mənbə: azertag.az