Kasıb ölkələr üçün peyvənd fondu yaradılır

Kasıb ölkələr üçün peyvənd fondu yaradılır

Dünya Bankı 30-a yaxın Afrika ölkəsi üçün "Covid-19" peyvənd fondu hazırlayır.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Dünya Bankı açıqlayıb. Məlumata görə, bank təxminən 30 Afrika ölkəsini “Covid-19” peyvəndləri alması üçün təcili maliyyələşdirməyə hazırlaşır.

Belə ki, yalnız bir neçə Afrika ölkəsi kütləvi peyvənd kampaniyalarına başlayıb, halbuki dünyanın zəngin ölkələri artıq milyonlarla doza tətbiq ediblər.

Bankın sözçüsü bildirib ki, Dünya Bankı Konqo Demokratik Respublikası, Efiopiya, Niger, Mozambik, Tunis də daxil olmaqla Afrika ölkələrinin maliyyələşdirməsinin miqdarını açıqlamayıb:

"Vəsaitlər hazırda mövcuddur və əksər Afrika ölkələri üçün maliyyələşdirmə qrant və ya son dərəcə güzəştli şərtlərlə təqdim edəcəklər".

Gülnarə Məmmədova
Cebhe.info

 

Mənbə: cebhe.info