Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor və alma idxalına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) martın 3-dən Azərbaycanın daha 19 müəssisəsindən pomidor və 8 müəssisəsindən alma idxalına icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rosselxoznadzor" məlumat yayıb.

Bildirilir ki, qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sığortası və fitosanitar monitorinqin nəticələri əsasında qəbul edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan və Türkiyə XİN rəhbərləri Azərbaycanla üçtərəfli iş birliyini müzakirə ediblər

SONRAKI XƏBƏR

Portuqaliyalı futbolçu millimizlə matçı buraxa bilər