Özbəkistan pambıq istehsalına görə dünyada 6-cı yerdə qərarlaşıb

Özbəkistan pambıq istehsalına görə dünyada 6-cı yerdə qərarlaşıb

 

Daşkənd, 3 mart, АZƏRTAC

Özbəkistan dünyada pambıq istehsalçıları arasında 6-cı yerdə qərarlaşıb.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, siyahıdakı dövlətlər Hindistan, Çin Xalq Respublikası, Pakistan, Amerika Birləşmiş Ştatları, Vyetnam və Özbəkistandır.

Qeyd olunur ki, Birləşmiş Ştatlarda istehsal olunan pambığın çox hissəsi satılır. Belə ki, ABŞ-da toxuculuq sənayesi az inkişaf edib.

Vurğulanır ki, 2027-ci ildə dünya pambıq bazarının dollar ekvivalenti ilə ümumi həcmi 46,5 milyard dollara çatacaq, 2020-ci ildən 2027-ci ilədək artım 2,74 faiz olacaq.

Mənbə: azertag.az