Keçən il dövlət büdcəsinin gəlirlərinin 18,5 faizi ƏDV hesabına təmin edilib

Keçən il dövlət büdcəsinin gəlirlərinin 18,5 faizi ƏDV hesabına təmin edilib

2020-ci ildə dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 26 milyard 75,4 milyon manat, xərcləri isə 26 milyard 416,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daxilolmaların 18,5 faizi əlavə dəyər vergisi, 9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,4 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 57,2 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Mənbə: azertag.az