Qubanın Amsarqışlaq kəndinin yoluna asfalt döşənəcək

 

Qubanın Amsarqışlaq kəndinin yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Amsarqışlaq kəndinə yeni avtomobil yolunun çəkilməsi ilə yaşayış məntəqəsində yaşayan mindən yuxarı yaxın əhalinin Qubanın rayon mərkəzinə rahat və maneəsiz gediş-gəlişi təmin olunacaq.

Amsarqışlaq yolu bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən yolda xüsusən payız-qış mövsümündə avtomobillərin hərəkəti xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur.

Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınır. Yola 6 metr enində yüksək keyfiyyətli asfalt örtüyü döşənəcək.

Yolun istifadəyə verilməsi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq

SONRAKI XƏBƏR

Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib