Azərbaycan Texniki Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texniki Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübəsi davam edir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr “Azərişıq” ASC, “Azerenerji” ASC, Milli Aerokosmik Agentliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi, SINAM, “İDRAK Texnoloji Transfer” MMC, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC, “Nurgün Motors” və digər müəssisələrdə karantin qaydaları nəzərə alınmaqla təcrübədə iştirak edirlər.

Regionlarda yaşayan tələbələr AzTU-nun rektoru Vilayət Vəliyevin göstərişi əsasında yaşadıqları əraziyə yaxın və ixtisaslarına uyğun müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübəsinə cəlb olunub. Kompüter, sistem mühəndisliyi, menecment və elektronika ixtisası üzrə təhsil alan tələbələrin bir qismi isə onlayn təcrübə proqramında iştirak edir.

AzTU tələbələrinin istehsalat təcrübəsi martın 31-dək, elmi-tədqiqat təcrübəsi isə martın 12-dək davam edəcək.

Mənbə: azertag.az