"Xalq Sığorta" ötən ayda avto-sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmini - AÇIQLADI

"Xalq Sığorta" ötən ayda avto-sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmini - AÇIQLADI

Azərbaycan sığorta bazarının tanınmış və aparıcı şirkətlərindən olan "Xalq Sığorta" ASC cari ilin fevral ayı ərzində avtomobil sığortası üzrə baş vermiş sığorta hadisələrinin sayını və bu hadisələr üzrə verilmiş sığorta ödənişlərinin məbləğini açıqlayıb.

Şirkətdən FED.az-a verilən məlumata görə, fevral ayında avtomobil sığortası üzrə baş vermiş 312 sığorta hadisəsinə görə "Xalq Sığorta" tərəfindən 393,013 AZN məbləğində ödəniş edilib

Mənbə: fed.az