Azərbaycanda 3 gün ictimai nəqliyyat işləməyəcək - QƏRAR

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Unikal.org xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Qeyd edək ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Peyvənd olunmaq istəməyən müəllimlərlə bağlı - AÇIQLAMA

SONRAKI XƏBƏR

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər