Qarabağa böyük qayıdış planı - VİDEO

İşğaldan azad edilmiş 7000 hektar ərazidə artıq payızlıq əkinlər həyata keçirilib. Hədəf isə 20 min hektardan artıq ərazinin əkilməsidir.

Bunu Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyir. O, daha çox ərazinin əkilməsini həm ölkə, həm də region üçün ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacib hesab edir.Hər bir region iqlimindən, torpaq quruluşundan, torpağının münbitliyindən asılı olaraq müəyyən bitkilər üçün uyğundur. Növbəlilik prinsipi qorunmaq şərti ilə rayonlar üzrə ixtisaslaşma gedəcək və hər bir ərazinin potensialı nəzərə alınacaq.

İşğaldan azad olunmuş ərazilərdə torpağın keyfiyyətinə gəlincə, bununla bağlı həm Kənd Təsərrüfatı, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparır. Tədqiqatlar qış aylarına təsadüf etdiyindən müvafiq analizlərin aparılmasında çətinliklər yaranıb. Amma buna baxmayaraq bəzi analizlərin ilkin nəticələri artıq məlumdur.

Qarabağın kənd təsərrüfatının inkişaf potensialını qiymətləndirmək üçün həmin ərazilərin işğaldan əvvəlki dövrünə nəzər salaq. 1988-ci ildə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6 faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizi Qarabağın payına düşürdü. Həmin dövrdəki texnoloji və idarəetmə sistemi ilə əldə olunan bu nəticələrin günümüzdə prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTOLAR

SONRAKI XƏBƏR

ABŞ bombardmançıları Rusiya sərhədində