Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır

Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ildə Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə "Euler Hermes" sığorta şirkətinin araşdırmasında deyilir.

Qeyd olunur ki, bu il işsizliyin artım səviyyəsi 38 faiz təşkil edəcək. 2020-ci ilin birinci rübündə 4,8 milyon nəfər işsiz qeydə alınmışdısa, 2021-ci ilin üçüncü rübündə bu rəqəmin 6,6 milyon nəfər olacağı gözlənilir.

Hazırda Avropa ölkələrində 13,7 milyon işsizdir ki, bu da ötən illə müqayisədə 1,8 milyon nəfər çoxdur.

Mənbə: az.trend.az