“Azəriqaz”dan qaz borcunun silinməsi ilə bağlı müraciət edən şəxslərə CAVAB

“Azəriqaz”dan qaz borcunun silinməsi ilə bağlı müraciət edən şəxslərə CAVAB

“Bəzi məsələlər “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətlərinə daxil deyil”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, vətəndaşlar bəzən qaz sərfiyyatına görə yaranmış borcun silinməsi ilə bağlı müraciət edirlər, lakin bu kimi məsələlərin icrası Birliyin ixtiyarında deyil:

“Bizim istənilən Azərbaycan vətəndaşının və ya abonentinin qaz borcunu silmək kimi bir səlahiyyətimiz yoxdur. Biz bunu həyata keçirə bilmərik. “Azəriqaz” olaraq abonentlərin qazsız qalmaması üçün borcun hissə-hissə ödənilməsinə köməkçi ola bilərik. Bunun üçün həmişə hazırıq. Ona görə də müraciət edən şəxslərdən xahiş edirik ki, bu məsələlərlə bağlı müəyyən qədər anlayışlı davransınlar. Bizə səlahiyyətimizdə olan məsələləri yazsınlar və ya tələb etsinlər”.

Qurumun baş direktoru əlavə edib ki, İB eyni zamanda küçə xətlərinin çəkilməsi üçün vətəndaşlara dəstək verə bilər, lakin fərdi qazlaşma prosesi ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edilməlidir:

“Müraciətlər çoxdur və biz də daxili imkanlarımız hesabına onları həyata keçirməyə çalışırıq ki, vətəndaşlarımızın xərci az olsun. Onu da bildirmək istəyirəm ki, istisna olaraq şəhid ailələləri və qazilərimiz üçün fərdi qazlaşdırmanı həyata keçiririk”.

Mənbə: www.oxu.az