Yunanıstan iqtisadiyyatı ən pis ölkələr arasında - Üçüncü

Yunanıstan iqtisadiyyatı epidemiyanın təsiri ilə 2020-ci ildə 8,2 faiz azalıb.

Teleqraf.com Yunanıstan Statistika İnstitutunun (ELSTAT) məlumatına istinadən xəbər verir ki, ölkənin 2020-ci ildə ümumi daxili məhsulun (ÜDM) əvvəlki ilə nisbətən 8,2 faiz azalaraq 168,5 milyard avro olub.

Yunanıstanın 2019-cu ildə ümumi daxili məhsulu 183,6 milyard avro olub. 2020-ci ildə mal və xidmət ixracatı 2019-cu ilin son rübünə nisbətən 13,4 faiz azalıb, idxal 9,5 faiz düşüb.

Ailələrin istehlak xərcləri 5,2 faiz azalıb, dövlət xərcləri isə 2,7 faiz artıb.

Mütəxəssislər gəlirlərinin çox hissəsinin turizmə bağlı olan ölkənin COVID-19 epidemiyasından çox təsirləndiyini qeyd edirlər.

Yunanıstan Avropa İttifaqında iqtisadiyyatı ən pis ölkələr arasında İspaniya (mənfi 11 faiz) və İtaliyadan (mənfi 8,9 faiz) sonra üçüncü yerdədir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Bakıdan Kiyevə birbaşa uçuşlara başlanılır

SONRAKI XƏBƏR

Meyvə-tərəvəzin Avropaya ixracında - Əas Problemlər Açıqlanıb