Bayram tətili başlayır: Rayonlarda otel və kirayə evlərə tələbat artıb - VİDEO

Bayram tətili başlayır: Rayonlarda otel və kirayə evlərə tələbat artıb - VİDEO

Novruz bayramı ilə əlaqədar ölkədə mart ayının 20-dən başlayaraq 9 günlük qeyri-iş günü olacaq. 20-si tətilə çıxanlar bir də ayın 29-u işə qayıdacaqlar. Bu tətildə xaricə gedənlərlə yanaşı, ölkə daxilində istirahətə üstünlük verənlər də var. Elə bunun nəticəsidir ki, bölgələrdə otellərə və həyət evlərinə tələbat artıb. Müraciətin çox olması qiymətlərə də təsir edib. Otel qiymətlərində bahalaşma var.

9 günlük bayram tətili ölkədaxili turizmi canlandırıb. Tətil günlərində istirahət etmək istəyənlər indidən otellərdə yer rezervasiya etdirirlər. Turizmçilər bildirirlər ki, yerli turistlərimiz əsasən Qəbələ, Quba, Qusar, Şəki, Lerik və Lənkarana səfər edəcəklər. Turizmçi Ramiz Qafarovun sözlərinə görə, tələb artdığından bəzi otellərdə qiymətlər 30-40 faiz qalxıb.

Bölgələrdə fəaliyyət göstərən otelləri işlədən şəxslərin bəziləri qiymət artımını etiraf etsələr də, bəziləri ümumilikdə qiymətin dəyişmədiyini deyirlər...

Müştərilər pandemiya ilə bağlı otellərdə ümumi istifadə üçün nəzərdə tutulan bəzi xidmətlərdən yararlana bilməyəcəklər

Otellərlə yanaşı, həyət evlərinə də tələbat artıb. Əsasən bəzi böyük ailələr və ya qrup şəkilində gedən şəxslər həyət evində qalmağı seçirlər. Qiymətlər evin şəraitinə və otaq sayına görə dəyişir.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz Bayramı ilə əlaqədər martın 20-dən başlayaraq martın 29-a qədər qeyri-iş günləri müəyyən edilib.(xezerxeber)

 

 

Mənbə: big.az