“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır” – İranlı nazir

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır” – İranlı nazir

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.

O bildirib ki, Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:

"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində giş potsial mövcuddur."

O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.

Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı gişləndirəcək.

Mənbə: apa.az