Asiyanın “mini Amazon”u səhm bazarına çıxır

Asiyanın “mini Amazon”u səhm bazarına çıxır

FED.az xəbər verir ki, Yaponiya nəhəngi SoftBank, qlobal IPO-ların daimi iştirakçısı Sequoia Capal və ABŞ-ın ən böyük invtisiya şirkətlərindən BlackRock-un da maraq göstərdiyi Coupang səhm bazarındakı qiymət təklifləri əsasında 50 milyard dollar bazar dəyəri qazanmağı hədəfləyir.

Nəzərdə tutulan bazar dəyərinə çata bilsə, Coupang bununla da Cənubi Koreyanın beş ən dəyərli şirkəti arasına girə biləcək. Bu sıraya Samsung Electronics Co. başçılıq edir. Siyahıda Koreyanın digər texnoloji startapları – 58 milyard dollar dəyərə malik elektron ticarət qrupu Naver Corp. və mobil majlaşma tətbiqi Kakao Corp. (39 milyard dollar) da var.

Harvardda təhsilini yarımçıq buraxmış Bom Kim 2010-cu ildə Coupang-ı qrup alıcılarına sövdələşmələr təklif edən internet saytı kimi qurmuşdur. Sürətlə böyüyən bazar və ucuz sövdələşmələr sayəsində sayt həddən artıq populyarlıq qazanmış və ötən il Google-un Koreya Play Store-unda ən çox müraciət edilən tətbiqetmə olmuşdur. Şirkət hazırda 30-dan artıq şəhərdə 100 logistika mərkəzinə malikdir və sifarişləri maksimum 1-2 gün ərzində ünvana çatdırması ilə öyünür.

Qlobal maliyyə bazarlarından uzaqda - Seulda isə şirkət ciddi problemlərlə üz-üzədir. Son bir ildə səkkizdən artıq əməkdaşının iş vaxtı zədələnməsi və ölümü şirkətə qarşı ciddi siyasi təzyiqlər yaradıb. Cənubi Koreya siyasətçiləri və ölkənin İctimai Xidmətlər və Nəqliyyat İşçilərinin Həmkarlar İttifaqı işçilərin ölümündə birbaşa Coupang-ı günahlandırır. Cənubi Koreya polisi də artıq məsələ ilə bağlı müvafiq araşdırmalara başlayıb. Bu araşdırmaların martın 11-də nəzərdə tutulan IPO prosinə və şirkətin bazar dəyərinə necə təsir edəcəyi maraqlıdır. (marja)

Mənbə: fed.az