Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Azmonbat" MMC-nin nizamnamə kapitalı 1,5 milyon manat və yaxud 37,5% artırılıb.

FED.az xəbər verir ki, şirkətin kapitalı 4 000 020 manatdan 5 500 020 manata çatdırılıb.

Xatırladaq ki, "Azmonbat" 2018-ci ildə yaradılıb. Şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası həyata keçirir.(report)

Mənbə: fed.az