Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) "Shell" və "Turcas Petrol" şirkətlərinə verilmiş neft-qaz kəşfiyyatı üzrə lisenziyaların müddətini uzadıb.
Trend bu barədə Türkiyə Enerfgetika və Təbii Ehtiyatlar Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, lisenziyaların müddəti 2036-cı il iyunun 28-dək uzadılıb.
"Shell" və "Turcas Petrol" şirkətləri neft və qaz kəşfiyyatı, neft məhsullarının istehsalı və emalı ilə məşğul olur.
Mənbə: az.trend.az