Bölgələrin su təminatı yaxşılaşdırılır - VİDEO

Bölgələrin su təminatı yaxşılaşdırılır - VİDEO

Şəkidə ucqarda yerləşən yaşayış məntəqələri, o cümlədən fermer təsərrüfatlarının dayanıqlı su ilə təmin olunması üçün işlər görülüb.

Kənd təsərrüfatı,əkinçilik,maldarlıqla məşğul olan fermerlərin problemlə üzləşməməsi üçün qabaqcadan planlı şəkildə həyata keçirilən meliorativ tədbirlər öz nəticəsini verir. Sahələrdən əsasən Şəki, Qax və Zaqataladan olan fermerlərin 160 mindən çox iri və xırdabuynuzlu heyvanları qidalanır.

Ərazilərdə yaşayan fermerlərin və onların heyvanlarının su ilə təminatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Acı-Nohur Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi tərəfindən həyata keçirilir. Müəssisə müxtəlif su mənbələrindən, Baş Daşağıl çayından Dəhnə kanalıdan, yeddi ədəd subartezyan və dörd ədəd artezyan quyularından istifadə edir.

Ötən il əraziləri su ilə təmin edən xəttin beş kilometrlik hissəsi tam təmir olunub, 160 mm-lik yüksək təziqə davamlı olan politilen boru xətti çəkilib. O cümlədən diametri 60 mm olan səkkiz kilometr məsafədə yeni xətt quraşdırılıb.

Qeyd edək ki, Acı-Nohur düzündə yerləşən sahələr Şəki şəhərindən 85 kilometr uzaqlıqda yerləşir. Həmin ərazilərə çəkilən su xətlərinin ümumi uzunluğu 367 min metr təşkil edir.

 

Mənbə: www.realtv.az