Zurab Pololikaşvili Azərbaycana Çin və Hindistanın turist potensialı barədə tövsiyə verib

Zurab Pololikaşvili Azərbaycana Çin və Hindistanın turist potensialı barədə tövsiyə verib

"Azərbaycanın mehmanxanalarında, ticarət mərkəzlərində çinli turistlərlə işləməyi öyrətməliyik".

APA-nın məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili söyləyib.

Baş katib deyib ki, Hindistanın da böyük turist potensialı var: "Azərbaycanın gözəl hava limanları, mehmanxanalrı var. Turistlərin sayı artdıqca rəqabət də artacaq. Bu baxımdan Azərbaycanda beynəlxalq turizm mərkəzinin olması vacibdir. Təşkilatın 149 üzvü var, biz maraqlı təcrübələri Azərbaycana gətirə bilərik".

Zurab Pololikaşvili qeyd edib ki, gələn il Ümumdünya Turizm Təşkilatı Kənd Turizmi İli elan edəcək: "Azərbaycanın gözəl rayonları var. Turizm sektoru üçün əlamətdar hal iş yerlərinin açılmasıdır. Azərbaycanı tanıtdırmaq lazımdır".

 

Mənbə: apa.az