"Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

"Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir. “APA-Economics”in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı rəsmi məlumatda bildirilir.

Aviaşirkətin məlumatına əsasən, Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara bu yay başlanacağı gözlənilir. Uçuşlar Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin II və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

Mənbə: apa.az