OPEC+ ölkələri görüşün tarixi ilə bağlı razılığa gələ bilmirlər

OPEC+ ölkələri görüşün tarixi ilə bağlı razılığa gələ bilmirlər

OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması üzrə görüşün tarixini razılaşdıra bilmirlər. İran Səudiyyə Ərəbistanının görüşün 3-4 iyul tarixlərində keçirməsi təklifinə qarşı çıxıb.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ekspertlər OPEC+ danışıqlarının uzadılmasını gözləyir, lakin bu, neftə olan qiymətlərin düşməsinin qarşısını ala bilməyəcək.

İranın neft naziri Bijan Namdar Zangan Rusiya Enerji naziri Aleksandr Novak ilə görüşündən sonra OPEC+ yığıncağını 25 iyundan başqa tarixə keçirilməsinə razılığını bildirib. O, tədbirin 10-12 iyul tarixləri arasında keçirilməsini təklif edib.

Bundan əvvəl Rusiya və Səudiyyə Ərəbistanı görüşün yeni tarixini – iyulun 3-4-də ola biləcəyini müzakirə ediblər. Lakin İranın neft naziri həmin gün məşğul olduğunu bildirilib.

Qeyd edək ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Görüş zamanı tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb ya uzadılmaması barəsində bir qərara gəlməlidirlər.

Mənbə: apa.az