Rusiyadan İrana təklif: Bizim sistemə qoşulun

Rusiyadan İrana təklif: Bizim sistemə qoşulun

Rusiya İrana QLONASS peyk-naviqasiya sisteminin inkişafı üçün əməkdaşlıq təklif edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Energetika naziri Aleksandr Novak deyib. O, həmçinin İran ərazisində yeni QLONASS stansiyalarının yaradılmasını da Tehrana təklif etdiyini bildirib.

Novak Avrasiya İttifaqı və İran arasında azad ticarət zonasının yaradılmasının iki ölkənin münasibətlərinin inkişafına əlavə impuls verəcəyini deyib.

Mənbə: axar.az