Cenevrədə Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası KEÇİRİLİR

Cenevrədə Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası KEÇİRİLİR

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinə Nazirliklə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyada BƏT-in 100 illiyi ilə əlaqədar Təşkilatın “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq bu mövzuda müzakirələr aparılır.
Sessiyanın plenar iclasında S.Babayevin çıxışı nəzərdə tutulub.

 

Mənbə: news24.az