Bankların “qara siyahı”sı silinə bilərmi? (ŞƏRH)

Bankların “qara siyahı”sı silinə bilərmi? (ŞƏRH)

Ekspert bildirib ki, problemli kreditlər hələ də bankların işinə öz təsirini göstərir: “Bu rəqəm say etibari ilə çox olsa da, cəmi məbləğ nöqteyi nəzərdən azdır. Yəni sahibkarların və vətəndaşların bəzilərinin böyük məbləğdə kreditləri var və bu hələ də həll olunmayıb.

Həmin kreditlər hələ də qalır. Bu isə banklara istər-istəməz öz təsirini göstərir. Düzdür, dövlət banklara kompensasiya ödədi və banklar bu kreditlərdən müəyyən gəlirlər əldə etdilər”.

Əkrəm Həsənov banklarda yaranan problemlərin səbəblərinin bank rəhbərləri olduğunu bildirib: “Bəzi bankların kredit problemi həll olunmamış qalıb. Bunun da əsas səbəbi bəzi bank sahiblərinin qanunsuz yollarla çıxartdığı pullardır. Hansı ki, indi o pullara problemli kredit adı qoyublar. Bu məsələlər araşdırılıb, sərt tədbirlər görülməyincə, həmin bankların vəziyyəti düzəlməyəcək”.

Əkrəm Həsənov banklarda “qara siyahı”ya düşmüş vətəndaşlar haqqında da danışıb: “Mərkəzləşdirilmiş kredit reysteri var. Yəni hər bir şəxsin kredit taxiçəsi mövcuddur. O tarixçəni dəyişmək olmaz. Siz nə vaxtsa bankda problem yaşamısınızsa, bu faktdır və dəyişmək olmaz.

Amma bu o demək deyil ki, bank həmin şəxsə kredit verə bilməz. Qanunda belə məhdudiyyət yoxdur. Bank buna özü baxıb, qərar verir ki, sizə yenidən kredit vermək olar, ya yox. “Qara siyahı”ların ləğv edilməsi tarixi silmək deməkdir, bu da mümkün deyil”.

Mənbə: bizimxeber.az