Fond rəhbəri: “Gürcüstan tərəfdaş ölkələrlə Avropanın enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayır”

Fond rəhbəri: “Gürcüstan tərəfdaş ölkələrlə Avropanın enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayır”

“Gürcüstan tərəfdaş ölkələrlə birgə Avropanın enerji mənbələrinin diversifikasiyasında mühüm rol oynayır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Energetikasının İnkişafı Fondunun direktoru Giorgi Çikovani Albaniyada Energetika Xartiyası Katibliyinin keçirdiyi konfransda çıxışı zamanı bildirib.

O, çıxışında regional əməkdaşlığın əhəmiyyətindən söz açaraq qeyd edib ki, Gürcüstanın Şərq-Qərb və Şimal-Cənub tranzit layihələrinin həyata keçirilməsində iştirakını artırılması üçün böyük potensialı var.

Fond rəhbəri həmçinin Gürcüstanda energetika sahəsində həyata keçirilən islahatlar barədə də danışıb.

Beynəlxalq konfransın əsas mövzusu enerji resurslarının diversifikasiyası, bərpa olunan enerji və enerji effektivliyinin artırılması olub. Tədbirdə Azərbaycan, Albaniya, Malta və digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.

Mənbə: report.az