“Prezidentin apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəni göstərir » - Deputat

“Prezidentin apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəni göstərir » - Deputat

"Azərbaycan Prezidenti cənab İlahm Əliyevin sərəncamı ilə ölkədə minumum əmək haqqı sentyabr ayının birindən 250 manat oldu.Yada salım ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı.Beləliklə, ilin əvvəlindən Azərbaycanda nimum əmək haqqı iki dəfə artırılmış oldu ».

Bu barədə «Sherg.az»a millət vəkili Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki, bundan başqa cənab Prezidentin elə indicə imzaladığı sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərin əmək haqqı 40 faiz artırılıb :

« Əmək haqqlarının aratırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir.

Bu faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərin əhəmiyyətli dərəcədə artamsına səbəb olacaq. Maaş artımı Azərbaycan üzrə orta əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq. Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəni konkret olaraq göstərir ».

 

Ayyət Əhməd

Mənbə: www.sherg.az