“Moody’s” neft qiymətinin 45-65 dollar olduğu halda, SOFAZ-ın aktivlərinin davamlı artacağın proqnozlaşdırır

“Moody’s” neft qiymətinin 45-65 dollar olduğu halda, SOFAZ-ın aktivlərinin davamlı artacağın proqnozlaşdırır

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta məzənnəsinin idarəetməsinin və pul-kredit siyasətinin təkmilləşdirilməsi ölkənin daxili və xarici valyuta bazarında sabitliyə kömək edəcək.

Trend-in məlumatına görə, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri koronavirus pandemiyasına baxmayaraq artmaqda davam edib. Bu həcm dövlətin birbaşa borcunun 480 faizini bağlamağa kifayət edir:

"Neft qiyməti üzrə 45-65 dollar civarında olan proqnoz nəzərə alınaraq, SOFAZ-ın büdcəyə transfertlərində kəskin bir artımın baş verməyəcəyi halda, Fondun aktivlərinin gələcək bir neçə il ərzində artacağı gözlənilir".

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az