“Saudi Aramko” boru kəmərlərindəki səhmlərini satır

“Saudi Aramko” boru kəmərlərindəki səhmlərini satır

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının “Saudi Aramko” dövlət neft şirkəti özünün boru kəmərlərindəki aktivlərinin 49 faizninin Amerika, Çin və digər yerli investorlara satışı ilə bağlı danışıqlar aparır

ABŞ-ın nüfuzlu “Vol Strit Jurnal” qəzeti isə yazır ki, şirkət bu razılaşmalardan 10-15 milyard dollar gəlir götürəcək. Səhmlərin satışı haqqında razılaşmanın bu həftə elan ediləcəyi gözlənilir. Bununla belə “Saudi Aramko” boru kəmərlərinə nəzarət paketini əlində saxlayacaq.

Qeyd edək ki, “Saudi Aramko” ölkə ərazisində 90 boru kəmərinə nəzarət edir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com