Çin dünyanın supergücü olacaq

Çin dünyanın supergücü olacaq

2030-da Çin dünya iqtisadiyyatında lider olacaq və qlobal dünyada supergüc rolunu ələ alacaq. Amerikada keçirilmiş bir tədqiqatın nəticələri belə deməyə əsas verib.

Müxtəlif aspektlər üzrə aparılan araşdırmada 45 ölkədə 42 min insan arasında sorğu keçirilib. Sorğuda iştirak edən vətəndaşların 59 faizi supergüc olaraq Çini gördüklərini qeyd ediblər. Sonrakı yerlərdə ABŞ 56%, Rusiya 43%, Avropa İttifaqı 32 %, Yaponiya 31%, İngiltərə 25%, Hindistan 16 % faiz səs toplayıblar. Türkiyənin Bazar Araşdırmaları Mərkəzinin direktoru Nur Uslu bizimyol.info-ya bildirib ki, oyuq savaş düönəmindəki 2 qütblü dünya zamanla yerini ABŞ-ın liderliyi ilə bir qütblü dünyaya verdi.

“Rusiya zəiflədi. İndi isə dünyada daha qütblər yox, regional koalisiyalar baş qaldırmağa başlayıb. Rusiya, Çin güclənib, Türkiyə yaxın Şərqin lideridir və qlobal dünyada öz sözünü cəsarətlə deyir. Xüsusilə Çinin artan gücü bütün dünyada daha çox nəzərə çarpır. Əlbəttə, aparılan təqiqatlarda vətəndaşların sorğuya cavabları ilə yanaşı sözügedən dövlətlərin iqtisadi, siyasi gücü başqa ölkələrlə münasibətlərindəki qərarverici iradələri də nəzərə alınıb.Ötən il üçün ən vacib məqam pandemiya ilə baş etmə qabiliyyətinə də diqqət edilib. Ötən il böyüyən tək iqtisadiyyat Çin iqtisadiyyatı olub. Koronavirusla mübarizədə də ən uğurlu və sürətli nəticəni Çin qazanıb. 2020-ci ilin ən güclü ölkələri siyahısında da eyni dövltlərin adları çəkilsə də, bu siyahıda ABŞ və Rusiyadan sonra dayanan Çin sürətlə irəli atılmaqdadır”.

Bizimyol.info-ya danışan türkiyəli iqtisadçı yazar Meliha Okur bildirib ki, dünya düzənində dəngələr dəyişir.

 

Meliha Okur

“Şimali Manş dənizi ətrafında 11 trilyonluq bir bazar var. 18 martda baş tutan Alyaska Zirvəsi buna bir siqanl idi. Çin Orta Asiyada barış elçisi olmaq istəyir. İranla ABŞ, İsraillə Fələstin arasında. Səudiyyə Ərəbistanı ilə geniş iqtisadi əlaqələr qurub.Türkiyənin yol xəritəsinə qoşulmaq istəyir. Turan qapısının bir ucunda Çin sərhədləri dayanır. ABŞ-ın aqressiv olmasının, əlində peyvəndləri toplamasının, Çinə qarşı iqtisadi müharibə açmasının səbəbləri budur. Hazırda koronavirus pandemiyası ilə əlaqədar 4 trilyon dollarlıq bir vəsait yaranıb və bu vəsaitin əldə edilməsi uğrunda gizli savaşlar gedir. Çin isə bu savaşa özünəməxsus gizli, uzunmüddətli planlar və gözlənilməz layihələrlə girir.

Min ilə yaxın müddət əvvəl dünyada ilk dəfə metal puldan kağız pul buraxılmasına başlayan Çin indi artıq kağız pulu da ilk dəfə ləğv edib yeni rəqəmsal Yuan buraxır. Nəqdi pul dövriyyəsi tarixə qovuşur və Çin maliyyəçilərinin fikirincə dollardan asılılıq aradan qaldırılır. Bu gün yaponlar da rəqəmsal valyutanın sınaq üçün dövriyyəyə buraxıldığını elan etdilər”.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info