Energetika naziri Xorvatiyanın səfiri ilə görüşüb

Energetika naziri Xorvatiyanın səfiri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçi qəbul edib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən Cənub Qaz Dəhlizinin bir hissəsi olan və Xorvatiyanın da iştirak etdiyi İon-Adriatik Boru Kəməri layihəsi, eləcə də Azərbaycanda yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı görülən işlər müzakirə olunub.

İon-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfinin davamlı dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mənbə: report.az