Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

Çin bu il Azərbaycana 50 konteyner qatarı yola salacaq

Bakı. Sədrəddin Ağcayev - Trend:

Çinin Tsindao şəhərindən Bakıya ikinci konteyner qatarı yola düşüb.

Bu barədə Trend-ə "ADY Container" MMC-dən bildiriblər.

Qeyd olunur ki, qatar 51 ədəd 40-futluq konteynerdən ibarətdir.

Qatar Aktau limanına çatandan sonra konteynerlər Bakıya "ADY Container"in operatoru olduğu gəmi ilə Bakıya çatdırılacaq.

Şirkətdən bildiriblər ki, yüklərin böyük hissəsi Azərbaycan üçün nəzərdə tutulub:

"10 konteyner Bakıdan Gürcüstana, üçü isə Türkiyəyə yola salınacaq. Biz ilin sonunadək Çin-Azərbaycan marşrutu ilə 50 konteyner qatarının yola salınmasını planlaşdırırıq".

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az