Pambıq səpininə başlanılıb (VİDEO)

Pambıq səpininə başlanılıb (VİDEO)

Beyləqanda pambıq səpininə başlanılıb.

Səpində yüksək məhsuldarlı sortlardan olan - Bəyaz Altun-440, AD-123, Flaş, Lazer, ADN-712, Lima, Zena kimi toxumlardan istifadə olunur. Ötən il bol məhsul əldə etdiklərini deyən Beyləqanlı fermerlər yüksək həvəslə səpini davam etdirirlər:

Beyləqan rayon İH-nin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin məlumatına əsasən, cari təsərrüfat ilində emal müəssisələri ilə torpaq mülkiyyətçiləri arasında bu günədək 8582 hektar sahədə pambıq müqavilələri bağlanıb. Sahələrin suvarılmasında problemlər yaranmasın deyə ayrı-ayrı kənd və qəsəbələrdəki suvarma kanalları, kollektor-drenaj şəbəkələri lildən təmizlənib.

Qeyd edək ki, ötən il rayonda məhsuldarlıq hər hektar üçün 35,5 sentner olmaqla ümumilikdə 31025 ton xam pambıq istehsal olunub. Fermerlər bu il məhsuldarlığın daha da yüksək olacağını proqnozlaşdırır.

 

Mənbə: www.realtv.az