"Toshiba" prezidenti istefa edib

Yaponiyanın "Toshibo" korporasiyasının prezidenti Nobuaki Kurumatani, İngiltərənin investisiya fondu "CVC Capital Partners"in şirkəti almaq cəhdinə görə yaranan kəskin daxili mübahisələr fonunda istefa edib.

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə milli ictimai televiziya məlumat yayıb.

İstefa şirkətin direktorlar şurasının çərşənbə günü keçirilən iclasında elan edilib.

Şuranın sədri Satoşi Sunokava "Toşiba"nın yeni prezidenti seçilib.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirdi - ŞOK TƏFƏRRÜAT

SONRAKI XƏBƏR

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq