Misir Süveyş kanalını bağlayan “Ever Given” gəmisini geri qaytarmayacaq

Misir Süveyş kanalını bağlayan “Ever Given” gəmisini geri qaytarmayacaq

Misir Süveyş kanalında ilişib qalaraq milyonlarla dollar zərərə və gəmi nəqliyyatında gecikmələrə səbəb olan “Ever Given” gəmisini mənsub olduğu şirkətə qaytarmaq istəmir.

Ötən ay Süveyş kanalında su nəqliyyatının dayanmasına səbəb olan 400 metr uzunluğundakı “Ever Given” gəmisi ticarət və başqa sektorlara ciddi ziyan vurub. İçərisində 3.5 milyonluq yüklə 6 gün kanalı bağlayan gəmi qurtarıldıqdan sonra Misir məhkəməsi “Ever Given”i aid olduğu Yaponiya şirkətinə qaytarmaycaqları haqda qərar qəbul edib. Dövlət rəsmiləri iqtisadiyyata dəyən zərərin ödənilməsini tələb edirlər.

Mənbə: pia.az