Durov ilk dəfə Rusiyanın ən varlı milyarderləri arasında yer aldı

Durov ilk dəfə Rusiyanın ən varlı milyarderləri arasında yer aldı

VKontakte sosial şəbəkəsinin və Telegram messencerinin qurucusu Pavel Durov Forbes-in yeni reytinqində TOP 10-a daxil olub və 9-cu sırada qərarlaşıb. 2020-ci ildə onun şəxsi sərvətinin həcmi 17,2 milyard dollara çatıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, Forbes nəşrinin yazdığına görə, rus əsilli iş adamı 2020-ci ildə 13,8 milyard qazanıb.

Pavel Durovun uğuru son həmləsi ilə bağlıdır. Nəticədə Telegram messencerlər arasında möhkəmləndi və dünyanın ən popular əlavələrindən birinə çevrildi. 2020-ci ilin yanvarında messencer Rusiya Federasiyası ərazisində bloklanıb.

2021-ci ilin əvvəlində isə Telegram ABŞ-da populyarlıq əldə edib. Buna səbəb isə Donald Tramp-ın sosial şəbəkə hesablarının bloklanması və əsas rəqibi WhatsApp messencerinin gizlilik ilə bağlı yeni şərtlərini açıqlaması idi.

Qeyd edək ki, 2021-ci ilin martında isə Durov Telegram səhmləri bazara çıxardı, nəticədə daha 1 milyard dollar cəlb edə bildi.

Son yeniliklərdən xəbərdar olmaq üçün facemark.az-ın Telegram kanalına abunə olun.

Mənbə: news.milli.az