“Amazon Türkiye” qida bazarına əl atdı

Amazon Türkiye bu gün etdiyi açıqlama ilə "Qida və içki kateqoriyasına" daxil olduğunu açıqlayıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, kateqoriyaya konserva qida, alkoqolsuz içkilər, makaron, qəlyanaltılar, paxlalılar da daxildir.

Minlərlə məhsulun müştərilərə təqdim edildiyi kateqoriyada Eti, Yayla, Nutella, Lipton, Ruffles, Çaykur kimi yüzlərlə yerli və xarici marka yer alır.

Açılışa özəl fürsətlər...

Qida və içki kateqoriyasından alış-veriş edən Amazon.com.tr müştəriləri Pepsi, Julius Meinl, Nish Coffee, Lindt, Calve və Dr. Oetker kimi populyar olan markalara aid stoklarla məhdud, seçilmiş məhsullarla açılışa özəl fürsətlər təqdim edəcək.

Məhsul kateqoriyasını genişləndirməyə davam edəcəyik

Amazon.com.tr ölkə üzrə müdiri Richard Marriott, "Amazon.com.tr-yi xidmətə açdığımızdan bu yana müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün dayanmadan çalışırıq. Bu əsnada məhsul kateqoriyamıza "Qida və içki" kateqoriyamızı da əlavə etdiyimizi deməkdən xoşbəxtlik duyuram.

Amazon Türkiye olaraq müştərilərimizə ehtiyac duyduqları məhsulları mümkün olan ən sürətli və təhlükəsiz şəkildə təqdim edərək fayda verməyə davam edirik. Hazırda geniş olan məhsul kateqoriyamızı daha da genişləndirməyə davam edəcəyik. Müştərilərimiz eyni zamanda Türkiyədən alış-veriş etməyin rahatlıq və asanlığını yaşayacaq", - deyib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Gəncədə azyaşlı dəm qazından zəhərlənib

SONRAKI XƏBƏR

Nebahat Çehre Ramazanda onları da unutmadı