Bitkoin və kriptovalyutalar - KƏSKIN DÜŞDÜ – YENİ QİYMƏTLƏR

Bitkoin və kriptovalyutalar - KƏSKIN DÜŞDÜ – YENİ QİYMƏTLƏR

Dünyanın kriptovalyuta bazarında kəskin qiymət çöküşü baş verib.

FED.az xəbər verir ki, qiymətlərin enməsi Bitkoindən başlayaraq daha kiçik koinlərə qədər ən müxtəlif alətləri əhatə edib.

Belə ki, Bitcoin və Ethereum 10%, Litecoin və Ripple isə 15%-dən çox enib. Son günlər sürətlə qiymət yığan Dogecoin-də isə enmə 25%-i keçib.

Bitcoin bazar günü təxminən 10% azalaraq 55.900 dollara, Ethereum isə 11%-dən çox düşərək 2,216 dollara düşdü. Altkoinlərdə XRP (Ripple) 17 % azalaraq 1,32 dollara, Litecoin isə 17,53% azalaraq 262 dollara satılır.

Hələlik ani enişin səbəbi tam aydın deyil, lakin ABŞ Maliyyə Nazirliyinin bəzi maliyyə qurumlarına "kriptovalyutası istifadə edərək çirkli pulların yuyulmasına" görə cəza tətbiq edəcəyi barədə yayılan xəbərlər azalmada təsirli oldu.

Qeyd edək ki, cəmi bir neçə gün əvvəl, aprelin 14-də Bitcoin, gün ərzində 65-66 min dollar səviyyələrini görərək rekordunu təzələdi və kripto pul bazarlarında kəskin bir artım dalğası yaşandı. Coinbase-in 100 milyard dollar dəyərində kütləvi təklifi, Bitcoin-in rekord yeniləməsində və kripto pul bazarlarının yüksəlməsində mühüm rol oynadı.

XRP son iki həftədə dəyərini təxminən üç dəfə artırsa da, Litecoin aprel ayında uzun müddət ticarət etdiyi dar qiymət aralığını qıraraq aprel ayında 60% civarında artdı.

Son bir həftə içərisində dəyərini 5 qat artırdıqdan sonra, Dogecoin dünəndən bəri 26% geriləyərək 0,26 dollara düşüb.

Mənbə: fed.az