Kutaisi hava limanı açıldı - Uçuşlara start verildi

Kutaisi hava limanı açıldı - Uçuşlara start verildi

Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq hava limanı, bu gündən etibarən sərnişinlərə qapılarını açıb.

"24News.ge" xəbər verir ki, bu barədə Gürcüstan hava limanları birliyi məlumat yayıb.

Məlumata əsasən, artıq Wizz Air kompaniyası Gürcüstan və Avropa ölkələri arasındakı uçuşları bərpa edib.

Panidemiya böhranından sonra, bu gün ilk reys həyata keçirilib. Kutaisiyə ilk reys Vilnius şəhərindən baş tutub.

Bildirilir ki, 2 may tarixindən etibarən, Qazaxıstana məxsus FlyArystan avikompaniyası mərkəzi Asia ölkələrindən 3 istiqamətdə Kutaisiyə müntəzəm reyslər həyata keçirəcək.

Mənbə: sherg.az