Azərbaycan Gürcüstan məhsullarının tədarükünü artırıb

Azərbaycan Gürcüstan məhsullarının tədarükünü artırıb

Bu ilin I rübündə Azərbaycan 18,9 milyon ABŞ dolları dəyərində Gürcüstan istehsallı məhsul idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə həcmdə 16,4 % artım qeydə alınıb. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,1 % paya sahib olmaqla qonşu ölkədən ən çox yerli mal tədarük edən 10 idxalçı ölkə arasında IX yeri tutub.

Yanvar-martda Gürcüstanın yerli məhsul ixracında ilk 5 yeri mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr tutub.

Mənbə: report.az