Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan ümumi dəyəri 76,7 milyon ABŞ dolları olan 685 min kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 2,6 % çoxdur.

Yanvar-martda qonşu ölkə Azərbaycandan 20,1 milyon ABŞ dolları dəyərində 43 min ton neft və neft yağları da tədarük edib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 1,8 dəfə çoxdur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Politoloq: “Yerevandakı seçkilərədək 62 erməni terrorçu geri qaytarılmamalıdır” - VİDEO

SONRAKI XƏBƏR

Gürcüstanın builki avtomobil ixracının 28%-i Azərbaycanın payına düşüb