Azərbaycan postsovet məkanında mobil interneti ucuz olan ölkələr sırasına daxil olub

Azərbaycan postsovet ölkələri arasında mobil internetin daha əlçatan olan ölkələr sırasına daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın cable.co.uk portalının apardığı araşdırmaların nəticələrindən məlum olub.

Belə ki, ölkə istifadəçilərinə 1GB mobil internetin trafiki orta hesabla 1,82 ABŞ dollara başa gəlir.

Postsovet ölkələri arasında ilk üçlüyə Qırğızıstan, Rusiya və Belarus daxil olub ki, bu ölkələrdə 1 GB internetin qiyməti müvafiq olaraq 0,15 dollar, 0,29 dollar və 0,43 dollar təşkil edir. Ən bahalı internet Türkmənistandadır – 22 dollar.

Qeyd edək ki, portalın hesabatında ümumiyyətlə 230 ölkənin mobil operatorları tərəfindən təklif olunan 6 mindən çox tarif planı təhlil edilib.

Dünyada mobil internet ən ucuz olduğu ölkə İsraildir. Bu ölkədə 1GB-ın ortalama qiyməti 0,05 dollardır. Ən bahalı internet isə Ekvatorial Qvineyadadır – 49,67 dollar.

Ümumilikdə, dünya üzrə ilk üçlüyə İsrail (0,05 dollar), Qırğızıstan (0,15 dollar) və Fici (0,19 dollar) daxil olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya Futbol Liqası: “Bu, Avropa futboluna zərbə vuracaq məsuliyyətsiz qərardır”

SONRAKI XƏBƏR

Minsk qrupu bu ali reallığı qəbul etməlidir - Politoloq