Azərbaycanda sahibkarlar üçün yeni maliyyə mexanizmləri hazırlanır

Azərbaycanda sahibkarlar üçün yeni maliyyə mexanizmləri hazırlanır

Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni maliyyə mexanizmləri hazırlanır.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu bərədə Fondla Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunan vebinarda bildirilib.

Qeyd olunub ki, yaxın gələcəkdə sahibkarlar bu məhsul və xidmətlərdən istifadə imkanı əldə edəcəklər.

Mənbə: apa.az