Adıgeydən Azərbaycana bu il 600 min dollarlıq kənd təsərrüfatı məhsulları idxal edilib

Bu ilin I rübündə Azərbaycan Rusiyanın Adıgey Respublikasının kənd təsərrüfatı məhsulları üzrə əsas idxalçı ölkələr sırasına daxil olub.

“APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında qeyd olunur.

Hesabat dövründə respublikadan ümumilikdə 3,1 mln. ABŞ dolları dəyərində 3,2 min ton məhsul ixrac olunub. Bu müddət ərzində Azərbaycana 0,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Həmçinin ölkəyə dəyəri 0,5 mln. dollar təşkil edən heyvan və bitki mənşəli yağlar tədarük olunub.

Azərbaycana ixrac olunan məhsullar strukturuna alkoqollu və alkoqolsuz içkilər, sirkə, dənli məhsullar, un, nişasta, un qənnadı məmulatları da daxil olub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Putin, Makron, Merkel və Zelenski arasında görüş ola bilər - Liderlərin sammiti hazırlanır

SONRAKI XƏBƏR

Araik Arutyunyan siyasi səhnədən götürülür çünki... - ŞƏRH ÖZƏL