Azərbaycanda büdcə kəsiri azalacaq - BVF

Azərbaycanda büdcə kəsiri azalacaq - BVF

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsirinin ümumi daxili məhsula nisbəti 5,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.

Fondun proqnozlarına əsasən, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2 dəfədən çox azalacaq və 2,3 faiz təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az