2021-ci ildə yaşa görə nə qədər insan pensiya alıb?

2021-ci ildə yaşa görə nə qədər insan pensiya alıb?

"2015-2020-ci illərdə yaş həddinə çatdığı üçün 150,5 min nəfərə pensiya təyin olunub"

"2021-ci ilin əvvəlinə qədər yaşa görə pensiya alanların ümumi sayı 716,2 mindən çoxdur"

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi Arqument.az-ın sorğusuna cavab verərkən bildirib.

Nazirlikdən bildiriblər ki, 2015-2020-ci illərdə qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdığı üçün 150,5 min nəfərə pensiya təyin olunub: ""Əmək pensiyaları haqqında” Qanunla əmək pensiyasının üç növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 2015-2020-ci illərdə qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdığı üçün 150,5 min nəfərə yaşa görə pensiya təyin olunub. 2021-ci ilin əvvəlinə qədər yaşa görə pensiya alanların ümumi sayı 716,2 mindən çoxdur".

Rəsmi açıqlamada qeyd olunur ki, 2015-2020-ci illərdə isə 11,1 min şəxsə güzəştli şərtlər əsasında pensiya təyinatı aparılıb: ""Əmək pensiyaları haqqında” Qanunnun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin kateqoriyaları verilib".

Mənbə: qlobal.az