Azərbaycana kakao idxalı 17%-dək artıb

Azərbaycana kakao idxalı 17%-dək artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 23 579,20 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, idxalın dəyəri 2020-ci ilin eyni göstəricisi ilə müqayisədə 16,8% artıb.

Cari ilin ilk rübündə qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,93%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 1 040,68 min dollar təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricidən 9,9% azdır. Cari ilin yanvar-mart aylarında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,03% təşkil edib.

Mənbə: apa.az